Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 08:53:00
İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi davam edir

Mayın 26-da müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib.

AzEdu.az xəbər verir ki, İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün də davam edir. Digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək.

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.

Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilən və iyunun 2-dək davam edəcək diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllimin iştirak edəcəyi gözlənilir.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq.