Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-06 17:14:00
Bu hallarda müəllimlərin əmək haqqından mütləq tutulmalar olacaq-SOS

AzEdu.az mütəmadi olaraq müəllim və direktorları maraqlandıran sualları cavablayır. Müəllimləri ən çox maraqlandıran məqamlardan biri də əmək haqqından hansı hallarda tutulmaları  ilə bağlı məlumatlardır.

AzEdu.az məlumat verir ki, bu barədə Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, əmək haqqından müvafiq məbləğlər yalnız işçinin yazılı razılığı, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Amma 176 maddə aşağıdakı hallarda müəllimin əməkhaqqından tutulmalar olmasına icazə vermir:

-Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı müəllimə verilməli olan əmək haqqının 20%-dən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50%-dən artıq ola bilməz;

-Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının 50%-i saxlanmalıdır;

-Bu maddənin I və II hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

Qeyd edək ki, müəllimdən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Müəllimin ərizəsində göstərdiyi məbləğ və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclər, bankdan aldığı ssudalar, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. Müəllim belə ərizə ilə direktora müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə müəllimin borcları əmək haqqından tutula bilməz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları