XƏBƏRLƏR

25.01.2020 14:12
Oxuduğu məktəbi dəyişmək istəyənlər nəzərinə - Nəticələr nə zaman məlum olacaq?

AzEdu.az mütəmadi olaraq şagird, valideyn, direktor, müəllim və digərlərini maraqlandıran sualları cavablamaqda davam edir.

Son vaxtlar ən çox verilən suallardan biri də oxuduğu orta ümumtəhsil müəssisəsini dəyişmək istəyənlərlə bağlıdır.

Onlar nəticələrin nə vaxt məlum olacağı və növbəti yerdəyişmənin nə zaman başlanacağı ilə maraqlanırlar.

AzEdu.az məlumat verir ki, şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu fevralın 13-dək dayandırılıb. Həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdirilir. Bu, məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Nəticələrin nə zaman açıqlanacağı, növbəti yerdəyişmə barəsində isə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları