XƏBƏRLƏR

24.01.2020 17:46
ADNSU Şri Lankada keçirilən təhsil sərgisində

Azərbycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Şri Lankanın paytaxtı Kolombo şəhərində keçirilən və ilin ən böyük təhsil sərgisi olan “EDEX 2020”-də təmsil olunub.

Universitet sərgiyə  MAS Private Limited şirkətinin dəvəti ilə qatılıb və şirkət ilə eyni stendi paylaşıb.

AzEdu.az xəbər verir ki, Azərbaycandan yalnız ADNSU-nun iştirak etdiyi sərgidə  Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov universitetdə tədris olunan ixtisaslar, mübadilə proqramları, universitetin elmi və texniki bazası, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri, eləcə də ölkəmiz haqqında sərgi iştirakçılarına geniş məlumat verib.

Qeyd edək ki, “EDEX-2020” təhsil sərgisi Royal College Union-un təşkilatçılığı ilə Kolombonun ən geniş və abad məkanı olan Bandaranaike Memorial International Conference Hall-da keçirilib. Müxtəlif ölkələrdən 200-dən çox təhsil müəssisəsinin iştirak etdiyi sərgini 50000-dən çox orta məktəb şagirdi, tələbələr və universitet məzunları ziyarət edib.