XƏBƏRLƏR

24.01.2020 15:03
Orta məktəb və bağçalarda karantin elan edildi

Ukraynanın Jitomir şəhərində bütün orta məktəb və uşaq bağçalarında qrip və kəskin respirator virus infeksiyasının yayılmasına görə karantin elan edilib.

AzEdu.az xəbər verir ki, karantın müddəti 10 gündür, ancaq vəziyyətdən asılı olaraq müddət uzadıla da bilər. Məlumata görə, şəhər orta məktəblərində 4 minə yaxın şagird qrip və kəskin respirator virus infeksiyasına görə dərslərdə iştirak etmir. Jitomir xəstəxanasına 96 xəstə yerləşdirilib ki, onlardan 76-sı uşaqdır.

Yeni epidemioloji mövsümdə Jitomir şəhərində 3 nəfər qripdən ölüb.

Ukraynada isə qripdən həlak olanların ümumi sayı isə 11 nəfərə çatıb.