Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-21 15:42:00
Görkəmli alim Əkbər Qoşalıdan yazdı: Bəyənirik, təqdir edirik

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün qeydə alınan namizədlər siya-hısında Əkbər Qoşalının (Əkbər Mehdi oğlu Yolçuyev) adını görəndə qəlbən sevindim, iftixar hissi keçirdim.


Səriştəli peşə sahibi, ədib, ictimai xadim Əkbər Qoşalı ilə çoxdan tanışam. Əslinə qalsa, bu tanışlığın əsasını "ana radio", "ana televiziya" dediyimiz möhtəşəm informasiya, maarifçilik mər-kəzləri qoyub. Müxtəlif nəsillərdən olan insanlara - qədirbilən dinləyicilərə və tamaşaçılara təqdim olunan bu ziyalının yükşək mədəniyyəti, bir-birindən maraqlı çıxışları həmişə heyranlıq yaradır.


Əkbər müəllim doğma Azərbaycanımızda, habelə dünyanın bir sıra inkişaf etmiş ölkələrində respublikamızda gedən quruculuq işlərini, tolerantlıq mühitinin heyrətamiz anlarını, Azərbaycan həqiqətini inandırıcı fikir və müddəalarla, xarakterik faktlarla nəzərə çatdırır; Azərbaycansevərlik his¬slərini daha da qüvvətləndirir.


Əkbər Qoşalı gənclik illərini mənalı keçirən, öz ziyalı ömrünü ədəbiyyat və incəsənətimizin daha da inkişafına istiqamətləndirən, dərin vətənpərvərlik əzmi ilə yaşayan dəyərli dostumuzdur. - Onun həyat və yaradıcılıq yolu ilə tanış olarkən, istər-istəməz belə qənaətə gəlirsən. Başqa cür də ola bilməz. "Ədəbiyyat dünyanı xilas cəhdidir" deyən yazarın yaşamaq-yaratmaq idealını, ərsəyə gətirdiyi əsərləri, tərtib etdiyi topluları ancaq və ancaq alqışlamaq olar.


Qardaş ölkə və topluluqlarda - Türkiyə, Qazaxıstan, Özbəkistan, Qrığızıstan, Tatarısan, Yakutiyada... onu yaxşı tanıyır və dogma bir insan kimi sevirlər.


Həyatının qaynar dövründə öz səsi, dəsti-xətti ilə tanınan, sayılıb-seçilən vətənsevərin qarşıdakı seçkidə uğur qazanacağını və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi seçicilərinin təmsilçisi olaraq, Milli Məclisin deputatları siyahısında yer tutacağını səmimi qəlbdən arzu edir, buna inanıram.

Vidadi XƏLİLOV,
Pedagogika üzrə elmlər doktoru,
Professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Pedagoji və sosial elmlər akademiyasının həqiqi üzvü