Azedu.az

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

16 Yanvar 2020, 17:21
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına ( AGMA)  üzv olmaq üçün ölkəmizin 67 bölgəsindən olan 2644 nəfər müraciət edib.

Assosiasiyaya üzvlük üçün qeydiyyat prosesi davam edir. Üzv olmaq istəyən müəllimlər  //qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Ötən il Şəkidə respublikanın 7 bölgəsini əhatə edən 30 gənc müəllimin iştirakı ilə  “Azərbaycan Gənc Müəllimlərinin I Yay Məktəbi” təşkil edilib.

Qeyd edək ki, 28 noyabr 2018-ci il tarixində  Azərbaycan Müəllimlərinin XV Qurultayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yaradılması haqqında ilkin təşəbbüs irəli sürülub. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox