Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 14:48:00
20 Yanvar faciəsi ilə bağlı yeni fotomateriallar geniş ictimaiyyətə təqdim olunacaq

Prezident İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının 30 illiyinə həsr olunan elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan AzEdu.az-a bildirilib ki, konfransda institut alimlərinin məruzələri dinləniləcək, ozamankı hadisələrin şahidləri çıxış edəcəklər. Tədbirdə fotoqraflar Qurban Dostəlizadə, İsmayıl Eyyubov və Musa Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı fotomaterialları ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunacaq.

Tədbir yanvarın 17-i saat 11:00-da AMEA-nın əsas binasında keçiriləcək.