XƏBƏRLƏR

27.12.2019 16:14
DİM abituriyentləri ən çox narahat edən iki sualı cavabladı – İmtahan tarixləri və...

Sosial şəbəkələrdə 2020-ci ildə buraxılış fənlərinin sayının  artırılması və imtahan tarixləri  barədə məlumat yayılıb. 

AzEdu.az yayılan məlumatların doğruluğunu müəyyənləşdirmək məqsədilə  Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.

DİM-in sektor müdiri Xanlar Xanlarzadə sosial şəbəkələrdə verilən məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Buraxılış imtahanları fənlərinin sayının azaldılması və ya artırılması nəzərdə tutulmur. İmtahanların vaxtı isə ilin əvvəlində ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, 2020-ci ildə ali təhsil müəssisələrinə, eləcə də kolleclərə qəbul  və  buraxılış imtahanları üç fənn- Azərbaycan dili, riyaziyyat və xarici dil əsasında keçiriləcək.

Ayşə MÜSEYİB