Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 15:19:00
DİM-dən  abituriyentlərin buraxılış imtahanları ilə ən çox maraqlandığı suala cavab-Nigaranlığa son

Qəbul imtahanları öncəsi abituriyentlərin ən çox maraqlandığı mövzulardan biri də kolleclərə qəbulla bağlı məsələlərdir.

AzEdu.az bunu nəzərə alaraq, kolleclərə qəbulla bağlı ən çox verilən suallardan birini cavabı ilə birgə oxuculara təqdim edir:

Sual: Orta məktəbi bu il bitirən, buraxılış imtahanı verən abituriyent göstərdiyi nəticə  ilə növbəti il kolleclərə qəbulda  müsabiqəsiz  iştirak edə bilərmi?

Cavab: Bəli,  həm IX, həm də XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur.

 AzEdu.az Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasan xəbər verir ki, bu il buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər gələn il imtahan vermədən kolleclərin müsabiqəsində  iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər  isə qabiliyyət imtahanı verməlidir. Bu il kolleclərə qəbul olmaq üçün imtahan vermiş əvvəlki illərin məzunlarının imtahan nəticələri də iki il qüvvədə qalır. Həmin abituriyentlər də gələn il imtahan vermədən kolleclərin müsabiqəsində iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər.

Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.

Ayşə MÜSEYİB