XƏBƏRLƏR

03.12.2019 12:52
Ceyhun Bayramov: “Xarici ölkələrdə oxuyan doktorantların sayı getdikcə artır”

Xarici ölkələrdə oxuyan doktorantların sayı getdikcə artır.

AzEdu.az xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayranov doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimidə məlumat verib.

Bildirilib ki, doktorantlar xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alırlar.

“Xarici ölkələrə doktorantura səviyyəsi üzrə oxumağa gedənlər əsasən təbiət, siyasət, texniki və texnoloji istiqamətlərə üstünlük verirlər. Onlar təhsil aldıqları ixtisaslar üzrə təmsil olunaraq elmimizi dünyada tanıdırlar”.
Qeyd edək ki, konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Məruzələrin dinlənilməsi üçün yaradılmış bölmələrə tanınmış alimlər rəhbərlik edir.

 

Şükufə Süleymanlı Müəllifin digər yazıları