XƏBƏRLƏR

04.10.2019 11:50
Rezident sertifikasiyadan nə zaman keçməlidir? – Əgər bunu etməsə...  

Rezidenturaya qəbul imtahanının nəticələri artıq məlumdur. Rezident olmaq istəyən 569 namizəddən 351-i arzusuna çatıb. II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 olub. Hər iki mərhələ üzrə ən yüksək göstərici isə maksimal 200 baldan 173 bal olub.

Bəzi rezidentlər artıq işə başlamaq barədə əmrlərini alıb və fəaliyyətə başlayıblar.

Onların hazırda ən çox verdikləri sual isə tibb işçilərinin sertifikasiyası ilə bağlıdır. Əmək müqaviləsi bağlandığını nəzərə alsaq, rezidentlər V kursda bu sertifikasiyada iştirak etməlidirlərmi? Ümumiyyətlə, tibb məzunu nə zaman sertifikasiyadan keçməlidir?

AzEdu.az xəbər verir ki, bu məsələlər Əmək Qanunvericiliyində əks olunub.

Qanunvericiliyə görə, rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyada iştirak etmirlər.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə çalışan qadınların sertifikasiyası keçirilmir.

Sertifikasiyadan keçməyənlərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

Qeyd edək ki, sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinanunvericiliyində əks olə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu