XƏBƏRLƏR

01.10.2019 12:50
Dünyanın ən nüfuzlu 5 universitetində oxuyan azərbaycanlılar – Mütləq tanıyaq  

Dünyanın ən nüfuzlu və reytinqli universitetlərində bugünə qədər bir çox azərbaycanlı tələbə təhsil alıb. 

Həmyerlilərimiz daha çox Oksford, Kembric və Harvard universitetlərində təhsil almaq imkanı əldə ediblər. 

AzEdu.az dünyanın ən yüksək reytinqli universitetlərində təhsil alan azərbaycanlı tələbələrin bəzilərinin siyahısını təqdim edir:

Oksford Universitetinin məzunu Fərman Fərmanov 1993-cü ildə Rusiya Federasiyasında anadan olub. 2010-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları ixtisası üzrə magistr təhsilini başa vurub.

Harvard  Universitetinin məzunu Fuad Hüseynov 1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirib. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2014-cü ilin aprelindən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili alıb.

Oksford Universitetinin məzunu Cahangir Məmmədov 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı Özəl Türk Liseyini bitirib. 2014-cü ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları üzrə magistr təhsilini başa vurub.

Kembric Universitetinin məzunu Xəyalə Eylazova 1982-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Bakıdakı 271 nömrəli tam orta məktəbi bitirib. 2003-cü ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2005- 2007-ci illərdə Norveç Biznes Məktəbində beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində biznesin idarə olunması ixtisası üzrə magistr təhsilini başa vurub.

Harvard Universitetinin məzunu Əlikram İsayev 1990-cı ildə İmişli rayonunda anadan olub. 2007-ci ildə N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Bakı Dövlət Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində ictimai siyasət ixtisası üzrə magistr təhsili alıb.

Oksford Universitetinin məzunu Məsmə Nəcəfzadə 1983-cü ildə Bakıda anadan olub. 2000-ci ildə Bakıdakı 46 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub. 2004-cü ildə Ali Diplomatiya Kollecini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2012- 2014-cü illərdə Böyük Britaniyanın Oksford Universitetində magistr təhsili alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində şərqşünaslıq ixtisası üzrə doktorantura təhsili alıb.

Kembric Universitetinin məzunu Murad İsmayılov 1982-ci ildə Sumqayıtda anadan olub. 2000-ci ildə Sumqayıtdakı 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub. 2004-cü ildə Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində siyasi elmlər ixtisası üzrə doktorantura təhsili alıb.

Kembric Universitetinin məzunu Günel Hüseynova 1983-cü ildə Goranboy rayonunda anadan olub. 2000-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. 2004- cü ildə Azərbaycan Tibb Universitetini (ATU) əczaçılıq ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2000-2006-cı illərdə ATU-da əczaçılıq ixtisası üzrə magistr təhsili alıb. 2011-ci ildə Böyük Britaniyanın  Qlazqo  Universitetində  magistr   təhsilini  başa  vurub.  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində biologiya ixtisası üzrə doktorantura təhsili alıb.

Kembric Universitetinin tələbəsi Nadir Hümbətəliyev  1985-ci ildə Bakıda anadan olub. 2001-ci ildə Bakıdakı 129 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2005-2007-ci illərdə ADİU-da magistr təhsili alıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb.

Kaliforniya Berkli Universitetinin məzunu Səbinə Şahbazzadə 1986-cı ildə Bakıda anadan olub. O, İncəsənət Gimnaziyasını əla qiymətlərlə bitirib. Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini marketinq ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb.“2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Kaliforniya Berkli Universitetində magistratura təhsil alıb.

Kembric Universitetinin məzunu Orxan Həsənov 1991-ci ildə Bakıda anadan olub. O, 6 nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə Böyük Britaniyanın Nyukasl Universitetini kimya mühəndisliyi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Kembric Universitetində kimya mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

Harvard Universitetinin məzunu Mətin İbrahimov  1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyini əla qiymətlərlə bitirib. O, Türkiyənin İstanbul Universitetinin tibb fakültəsində baza ali tibb təhsil dərəcəsi alıb. 2006-2012-ci illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində qulaq-burun-boğaz cərahı ixtisası üzrə rezidentura təhsilini başa vurub. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində
Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində qulaq-burun-boğaz xəstəlikləri üzrə ixtisasartırma təhsili alıb.

London İmperial Kollecinin məzunu Fuad Hacıyev 1986-cı ildə Bakıda anadan olub. O, Bakı Türk Anadolu Liseyini bitirib. 2010-cu ildə Qafqaz Universitetini mühəndis-proqramçı ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində proqramlaşdırma (kompüter mühəndisliyi) ixtisası üzrə magistr təhsilini başa vurub.

London İmperial Kollecinin məzunu Nihad Yolçuyev 1990-cı ildə Bakıda anadan olub. O, Bakıdakı E.Quliyev adına 145 nömrəli tam orta məktəbi bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetini tətbiqi riyaziyyat ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində proqram təminatı mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

London İmperial Kollecinin məzunu Kamran Xammədov 1991-ci ildə Qusar şəhərində anadan olub. O, Bakı Özəl Türk Liseyinin Dədə Qorqud filialını bitirib. 2013-cü ildə Türkiyənin Orta Doğu Texnik Universitetini kimya mühəndisliyi ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində kimya mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

London İmperial Kollecinin məzunu Aqşin Quliyev 1989-cu ildə Bakı şəhərində anadan olub. O, Bakıdakı Texniki Humanitar Liseyi bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində proqram təminatı mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb.

London İmperial Kollecinin məzunu Nemət Səfərov Bakıda anadan olub. O, Bakıdakı 11 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Bakı Dövlət Universitetini iqtisadi kibernetika ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. 2012-ci ldə Böyük Britaniyanın London İmperial Kollecini riyaziyyat və maliyyə ixtisası üzrə başa vuraraq magistr dərəcəsi alıb. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində tətbiqi riyaziyyat və riyazi fizika ixtisası üzrə aspirantura təhsili alır.

London İmperial Kollecinin məzunu Gülər Tağıyeva 1986-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetini biologiya ixtisası üzrə bitirərək
bakalavr dərəcəsi alıb. “2017-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London İmperial Kollecində ekologiya ixtisası üzrə magistr təhsil alıb.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu