Azedu.az

Dövlət qulluğu üzrə ümumi müsahibədə uğur qazanan13 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi (DİM)

28 Sentyabr 2019, 14:05
Dövlət qulluğu üzrə ümumi müsahibədə uğur qazanan13 nəfər müxtəlif vəzifələrə uyğun bilinib

Ümumilikdə 12 dövlət orqanında 65 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş ümumi müsahibə davam edir.

AzEdu.az  DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 28-i saat 11:45-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmiş 13 nəfər uğur qazanıb. Onlardan 9-u Maliyyə Nazirliyində, 2-si Milli Arxiv İdarəsində, 2 nəfər isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 2-də yekunlaşıb və 183 nəfərin müraciəti qeydə alınıb. Sentyabrın 23-də başlanan ümumi müsahibə noyabrın 15-də başa çatacaq.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox