XƏBƏRLƏR

22.09.2019 14:06
“Deyirlər ki, universitet müəllimləri 10 ildən artıq işləyə bilməzlər, çünki...” – Təhlil

 

Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrində AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsi üzrə seçkilər artıq yekunlaşıb.

Bildiyimiz kimi, dünyanın bir çox elmi təris müəssislərində seçki nəticəsində təyin olunan şəxslər vəzifələrini müəyyən müddət ərzində icra edirlər.Bu müddət keçdikdən sonra isə onlar yeni şəxslərlə əvəz olunur.Bu da innovativ fikir və düşüncələrə yol açır.Həmçinin, seçki prosesi cəmiyyətə açıq şəkildə keçirilməlidir.

AzEdu.az Milli Elmlər Akademiyasında həyata keçirilən direktor seçkilərində hansı format dəyişikliyinin lazım olduğu ilə bağlı ekspertlərin rəylərini alıb.

Siyasətçi və elm tarixi üzrə araşdırmalar aparan Sərdar Cəlaloğlu qeyd edib ki, direktor seçilmək üçün kriteriyalar müəyyən edilməlidir:

“Seçiləcək direktorun elmi fəaliyyətinə beynəlxalq ictimaiyyət rəy verməlidir. Yəni, həmin insan dünyanın qabaqcıl elm institutları və alimləri ilə əməkdaşlıq etməlidir. Bu şəxsin elmi nəticələri dünya elminə daxil edilməlidir. Ola bilər ki, həmin insan yaxşı alim olsun,amma rəhbərlik və idarəçilik qabilliyyəti olmasın. AMEA-da çox böyük alimlər olub. Onların idarəçilik qabiliyyəti zəif olduğuna görə rəhbərlik etdiyi institutlarda çox ciddi elmi işlərə imza ata bilməyiblər.

Həmin insanın elmi işləri  iqtisadiyyata  mənfəət verməli və  Azərbaycan xalqına xeyir gətirməlidir.

Bu gün  alimlərimizin elmi işləri heç bir praktiki əhəmiyyət daşımır və bu işlərə isə milyonlarla pul ayrılır.

Alimlərimizin hazırladığı elmi işlərin bir çoxu digər alimlərdən kopyalanır və fundamental  xarakter daşımır. Onların nəticələrinin heç biri dünya elmində öz əksini tapmır”.

Təhsil eksperti Şahlar Əsgərov qeyd edib ki, heç kəs öz vəzifəsində qocalmamalıdır:

“Gənc direktorun gözəl ideyaları olur. Onun ideyaları 4-5 il müddətində keçərli olur, sonra isə öz aktuallığını itirir.Buna görə də dünya təcrübəsində söylənilir ki, işləyən insanlar iş yerlərini 5 ildən bir dəyişməlidirlər. Amerikalılar deyir ki, hətta universitetlərdə olan müəllimlər 10 ildən artıq işləyə bilməz.Onun yerinə yeni insan gəlməlidi ki, fikir müxtəlifliyi  yaransın.Hər bir canlı qocalır.Ona görədə vəzifələri tez-tez gəncləşdirmək lazımdır.Mən AMEA-da  bu formatda keçirilən seçkilərdən razı qalmıram.

Demokratik seçki prosesini ölkəmizə gətirmək lazımdır.Belə olduqda hamı öz yerini tapa biləcək.İnsan öz bacardığı işi yerinə yetirməlidir.Cavanlaşma daha çox xeyir verir.Akademiyada çox savadlı gənclər var.Qocalar 30 il vəzifədə olanda , cavanlar inkişaf edə bilmirlər.Gənclərə imkan vermək lazımdır ki, onlar öz potensiallarını təqdim edə bilsinlər”.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu