Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 18:00:00
Sabahın alimləri”  müsabiqəsi rəqəmlərin dili ilə - Qaliblər, faktlar, artım göstəriciləri  

Ötən tədris ilində “Sabahın alimləri”  VII Respublika Müsabiqəsində elektron qeydiyyatdan keçən  337 layihədən 150 layihə ilə 259 şagird iştirak edib.

AzEdu.az xəbər verir ki, bu layihələrdən 41-i fərdi, 109-u isə kollektiv işlənilmiş layihələr olub.

Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri əhatə edib.

Məlumata əsasən, 14-16 fevral tarixlərində keçirilən müsabiqə İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunub. Müsabiqədə Azərbaycanın müxtəlif  bölgələrində  yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

Layihələrin qiymətləndirilməsi 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter emləri) üzrə həyata keçirilib. Münsiflər heyətinin qərarına görə, müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 46 layihə 79 şagird layiq görülüb.

I yerə layiq görülən - 7 layihə, 12 şagird;
II yerə layiq görülən - 15 layihə, 28 şagird;
III yerə layiq görülən - 24 layihə, 39 şagird.

Xatırladaq ki, 13-18 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində nüfuzlu Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi “Sabahın alimləri” müsabiqəsinin qalibləri Əliağa Abdullayev, Adnan Bünyatov, Cavid Hüseynzadə, Ceyla Hüseynzadə, Fidan İbrahimova və Məhəmməd Hacıyev təmsil ediblər.

Cavid Hüseynzadə və Ceyla Hüseynzadənin yerinə yetirdiyi “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, Əliağa Abdullayev və Adnan Bünyatovun yerinə yetirdiyi “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi isə “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi – Kiçik Elmi Akademiyası tərəfindən 1.000 ABŞ dolları məbləğində mükafata layiq görülüb.