XƏBƏRLƏR

08.09.2019 09:54
Kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı davam edir

9 illik  orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qəbul olunduqları təhsil müəssisələrinə qeydiyyatı davam edir.

AzEdu.az xəbər verir ki, sözügedən şəxslər sentyabrın 4-dən 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

İlin gənc müəllimi-Müraciət formu