Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 14:52:00
Peşə məktəblərində ən çox maraq doğuran ixtisasların adları açıqlandı

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbulun 2-ci mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, müsabiqənin 2-ci mərhələsində ən çox müraciət olunan ixtisaslar sırasında Dərzi, Aşpaz, Kompüter operatoru, Elektrik qaz qaynaqçısı, Xalçaçı əsas yeri tutur.

Bildirilib ki, bugünə olan statistik məlumatlara əsasən 2-ci mərhələ üzrə 5500-dən artıq vətəndaş müraciət qeydə alınıb.

Agentliyindən oda bildirilib ki, qəbul bu günü saat 19:00-da yekunlaşacaq. 2-ci mərhələ üzrə nəticələrin 6 sentyabr tarixində elan olunacağı nəzərdə tutulub.

I turda olduğu kimi nəticələr namizədlərin qeydiyyatdan keçdikləri aktiv nömrələrinə “sms” formasında göndəriləcək. Bundan əlavə, nəticələri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytından da öyrənmək olar.

Qeyd edək ki, müsabiqəyə 1-ci mərhələsində iştirak etməyən namizədlər də sənədlərini təqdim edə bilərlər. 2-ci mərhələ ilə bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçiriləcək.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.