2019-09-01 17:02:00
"Vaxt var idi BDU-nun tələbələrinə S. M. Kirovun heykəli qarşısında and içdirirdilər..."
"Qərbdən fərqli olaraq bizdə universitet yaranan kimi 4 rektorunu güllələyiblər..."
Bu gün Bakı Dövlət Universitetinin 100 yaşı tamam olur.
AzEdu.az təhsil eksperti, fəlsəfə doktoru, BDU-nun məzunu Etibar Əliyevdən yubiley təəssüratlarını təqdim edir:
"Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edildi. Cümhuriyyətin ömrü uzun olsaydı bəlkə də dünya səviyyəli Universitet qurmaq mümkün olardı. Universitetin ilk rektorlarına diqqət edək:
V. Razumovski 1919-20- ci illər
S. Davidenkov 1920-1923-cü illər
A. Qulyayev 1923-1926 –cı illər.
Ruslardan sonra Universitet rektorları olmuş Milli kadrların dördünü Mircəfər Bağırov güllələtdirib.
Tağı Şahbazi 1926-1929- cu illər, 1938-ci ilin yanvar ayının 2-də güllələnib.
Maqsud Məmmədov 1929-1930-cu illər, 1938-ci ilin sentyabr ayının 5-də güllələnib.
Məmmədkazım Ələkbərli 1934 - 1935-illər, 1937-ci ilin oktyabrın 12-də güllələnib.
Balabəy Həsənbəyov 1935-1937-ci illər, 1937-ci il oktyabr ayının 11- də güllələnib.
Biz Qərbdə, Amerikada Universitetlərin tarixinə baxanda xəcalət çəkirik. Avropanın ən qədim Universitetlərindən sayılan Boloniya universitetinin əsası 1088-ci ildə (o zaman Nizami Gəncəvinin 47 yaşı var idi) qoyulub. İlk dəfə bu universitetə özünüidarəetmə statusu verildi. Müstəqillik əldə edildikdən sonra tələbələr öz ittifaqlarını, həmkarlar təşkilatını yaratdılar, rektor seçkisini təşkil etdilər, tələbə qəbulunu və müəllimlərin əməkhaqqını müəyyənləşdirdilər. XIII əsrdə bu universitetdə təhsil alan tələbələrin sayı 10 minə yaxın olub. Bizdə isə Universitet yaranan kimi 4 rektorunu güllələyiblər.
Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universitetinin tarixinin 70 ili Sovetlər İttifaqı ilə bağlıdır. Yaxşı yadımdadır. 1981-ci ildə BDU-nun fizika fakültəsinə daxil olanda bizi Dağüstü parkda Sergey Mironoviç Kirovun əzəmətli heykəlinin qarşısında andiçmə mərasiminə apardılar. Biz tələbə olan vaxtlar universitetimizin adını daşıyan Kirovun hansı yuvanın quşu olduğunu bilmirdik. Universitetin yaradıcıları olan əzəmətli kişilərdən də xəbərsiz idik. Sovetlər vaxtı böyük alimlər ordusu yetişdi, lakin məktəblər yaranmadı. İndi biz onun acısını çəkirik. Müstəqillik əldə etdikdən sonra bütün Universitet professurası siyasətə qurşandı.
Bizim yaşatdığımız universitet Qərb Universitet standartlarına uyğun gəlmədiyi üçün reytinq cədvəllərinə tamahımızı gizlətməliyik. Universitetə Boloniya Universitetinin yarandığı tarixdə verilən müstəqillik lazımdır. Biz hər dəfə Universitetə rektor təyin olunanda islahatlardan danışırıq. Rektorlar gedəndən sonra isə hamı bir nəfər kimi dərindən ah çəkib. Azadlığa çıxdıqlarını gizlətməyiblər. XXI Əsrin artıq 20-ci ilinə qədəm qoyuruq. İslahatlardan danışırıq. Dünya elmi burdan Mars planetinə qədər bizdən aralanıb. DNK-nın təmirinə başlanılıb, neytrinonun kütləsi kəşf olunub, əlimizdə iPhone var, tamamilə başqa riyaziyyat tədris olunur, humanitar elmlərin paradiqmaları tamamilə dəyişib. Biz isə hələ də islahatlardan danışırıq. Biz islahatdan qabaq tələbələrə seçdikləri fənləri müasir səviyyədə tədris etməli, onları elmi-tədqiqatlara cəlb etməliyik. Bunu edə biləcək müəllim, yaxud elmi işçilər varmı? Bax, ilk həll olunası problem bu olmalıdır. Səmimi şəkildə bunları edə bilsək, tələbə özünə cığır tapacaq.
100 yaşın mübarək, Universitetim! (moderator.az)
Etibar Əliyev,
Təhsil eksperti, fəlsəfə doktoru
Bu bölməyə aid digər xəbərlər
AzMİU əməkdaşları Sumqayıt məktəbliləri ilə görüşüblər
2024-05-07 17:10:04
Rektor beynəlxalq yarışda qalib gələn BMU komandaları ilə görüşüb
2024-05-07 16:24:42
AzTU ilə Bakı Gəmiqayırma Zavodu arasında memorandum imzalanıb
2024-05-07 14:46:03
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı
2024-05-06 16:07:42
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub
2024-05-06 11:42:16
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
2024-05-05 10:13:00
“ArchiVision WeekEND Camp"da tələbələrin vörkşopu təşkil olunub
2024-05-04 15:05:53
Sumqayıtda ana və övladları itkin düşüb
2024-05-04 12:22:14
Mingəçevirdə Respublika elmi konfransı keçirilir
2024-05-04 10:21:00
AzMİU tələbələrinin “ArchiVision WeekEND Camp”ı təşkil olunub
2024-05-03 17:59:00
kitabı
ÇOX OXUNANLAR
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
1 May 2024, 12:45
Polis Akademiyasına qəbul: Ballar enəcək?
3 May 2024, 10:48
Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI
29 Aprel 2024, 09:23
“Örnək müəllim” sertifikasiyadan kəsilənlərə müraciət etdi: “Təslim olmayın”
FACEBOOK