Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-22 11:10:00
Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq - Yeni araşdırma
ABŞ-da həyata keçirilən yeni bir araşdırma nəticəsində insanların qan testi ilə nə qədər yaşayacaqlarına dair məlumatlar əldə edilə biləcək. Fərqli bioloji əlamətləri araşdıraraq insanların şəxsi sağlamlığı haqqında məlumatlar toplayan qan testi nümunə götürülən şəxsin 5 ilə 10 il içərisində ölmə ehtimalını dəyərləndirəcək.
 
AzEdu.az Moderator.az-a istinadən xəbər verir ki, 14 fərqli bioloji əlaməti araşdıran testin hazırda geniş imkanlı bir klinik şəraitdən uzaq olduğu söylənilsə də gələcəkdə bunun mümkün olacağı düşünülür.
 
Qeyd edək ki, sözügedən qan testi insanların ölüm riskini hesablayan ilk test deyil. Ötən il ABŞ-ın Yale universitetində ortaya çıxan buna bənzər bir test 9 bioloji əlaməti araşdırırdı.