Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-21 09:29:00
Kolleclərə qəbul zamanı ixtisaslar üzrə formalaşan keçid balları nəşr olundu

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib.

AzEdu.az xəbər verir ki, jurnalın 9-cu nömrəsində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub. 

10-cu nömrədə isə 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində nəşr olunub.

Jurnalların elektron versiyalarını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).