XƏBƏRLƏR

20.08.2019 14:34
Oğuzda 200-dən çox şagird ali məktəbə qəbul olunub

Bu il ümumtəhsil məktəblərini bitirən oğuzlu şagirdlərdən 6 nəfəri 600-dən çox bal toplayıb.

Oğuz Rayon Təhsil Şöbəsindən AzEdu.az-a bildirilib ki, rayon üzrə 41 nəfər 500-600 bal intervalında nəticə göstərib.

Ümumilikdə isə bu il Oğuz rayonundan 210 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 140 nəfəri dövlət sifarişli, 66 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Rayon üzrə 654 balla ən yüksək nəticə göstərən Rəfiqə Allahverdizadə Oğuz rayon 1 saylı məktəbin məzunudur.

Rəfiqə Allahverdizadə Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub.

Şükufə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu