Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 17:13:14
Təhsil Nazirliyi qərar verdi - Universitetlər birmənalı qarşılamadı: Əmr yoxdur”  

Təhsil nazir Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıb ki, ödənişli təhsil alan tələbələrə təhsil haqlarını təhsil müddətində yarımilliklər üzrə ödəməyə şərait yaratsınlar.

AzEdu.az nazirin tapşırığı ilə bağlı  dövlət universitetlərinin,  xüsusən də, bölgələrdəki ali məktəblərin  nə dərəcədə əməl etdiyini öyrənməyə çalışıb.

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli qərarın müqayisəsiz şəkildə universitetdə icra olunduğunu deyib:

“Birinci kursa gələn tələbələr təhsil haqqını hissə-hissə ödəyə bilərlər. İmkanı olan şəxs bütöv şəkildə ödəyə bilər, olmayan isə təhsil ili müddətində iki dəfə olmaqla ödənişi təqdim etmək şansına malikdi. Biz bu təcrübədən ötən illərdə də istifadə etmişik”.

Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova bildirib ki,  maddi durumu yaxşı olmayan tələbələrə hər zaman güzəşt ediblər.

“Biz də qərara uyğun olaraq təhsil haqqını tələbələrdən  50 faiz  olmaqla alırıq. Əvvəlki illərdə də maddi durumu yaxşı olmayan, ailə başçısını itirən, ailədə maddi çətinliklər yaşayan  tələbələrə də hər zaman güzəşt etmişik”.


Gəncə Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev qeyd edib ki, universitet Təhsil Nazirliyinin heç bir qərarından imtina etməyib.


“Biz dövlət müəssisəsi olduğumuz üçün müvafiq əmrlə işləyirik. Sadəcə olaraq, Təhsil Nazirliyinin müvafiq əmri yoxdu.

Universitetimizə ödənişli əsaslarla daxil olan tələbələr ödənişi tam şəkildə ödəmək istəmirlər. Bu da sentyabr ayından müəllimlərin maaş almasında çətinliklər yaradır.

Hazırda müəllimlər məzuniyyətdədi. Onlar bu müddətdə maaşla müqayisədə daha yüksək məvacib alırlar. Onlar sentyabr ayının əvvəlində işə qayıtdıqda  maaş almalıdılar. Biz dövlət universiteti olaraq müəllimlərin maaşını necə ödəyək?

Əslində tələbələr təhsil haqqını ödəyə bilərlər. Amma onların valideynləri bunu etmək istəmirlər. Valideynlər ilin sonunda təhsil haqqını ödəməyi planlaşdırırlar.

Əvvəlki illərin təcrübəsi göstərir ki, valideynlər təhsil haqqını ödəmək istəmirlər. Sonra onlar Təhsil Nazirliyinə və müvafiq orqanlara müraciət edirlər. Belə problemlərlə biz dəfələrlə üzləşmişik.

Universitetimiz Təhsil Nazirliyinin heç bir qərarından imtina etməyib .

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları