Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 17:59:00
Təhsil Nazirliyi: Təmayül siniflərinə şagird seçimi dərs ilinin ikinci yarısından başlanılır

Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin ikinci yarısının əvvəlindən başlanılır.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, təmayül siniflərinə ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə oxuyan şagirdlər meyil və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül siniflərinə qəbul olunurlar. Bu siniflərdə uyğun təmayül fənləri ilə yanaşı, Azərbaycan dili, Azərbaycan tarixi, xarici dil, riyaziyyat, informatika, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq fənləri tədris olunur.