Azedu.az

Beynəlxalq olimpiada mükafatçısı: “Qəbul imtahanında iştirak etmədim, çünki...”  

22 İyul 2019, 13:28
Beynəlxalq olimpiada mükafatçısı: “Qəbul imtahanında iştirak etmədim, çünki...”  

“Olimpiadalarda ötən ildən etibarən iştirak etməyə başladım. Respublika olimpiadasında gümüş medal qazandım. Portuqaliyada 69-cu Beynəlxalq Fizika Olimpiadasında, eləcə də Moskva Olimpiadasında iştirak etmişəm.

Bu olimpiada üçün il boyu hazırlaşdıq. Xarici və yerli  müəllimlərin dərslərində iştirak edirdik. Bu il respublika  turnirində qızıl medal qazandıqdan sonra sırf beynəlxalq olimpiada hazırlığa başladıq”.

Bunu AzEdu.az-a açıqlamasında  7-14 iyul tarixlərində İsrailin Tel-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadasının mükafatçısı Merac Məmmədov deyib.

Qeyd edək ki, 80 ölkədən təxminən, 400 şagirdin  qatıldığı olimpiadada azərbaycanlı məktəblilər də uğurla iştirak edib. Cəlilabad şəhəri Nizami adına 1 nömrəli məktəb liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

M.Məmmədov budəfəki olimpiadada mübarizənin daha gərgin olduğunu qeyd edir: 

“İsraildə təşkil edilən Beynəlxalq Fizika Olimpiadası 50 ilin ən çətin olimpiadası idi. 80 ölkədən təxminən, 400 nəfərin  qatıldığı olimpiadada Azərbaycandan 5 şagird, 2 müəllim iştirak edirdi.

Olimpiadalarda ötən ildən etibarən iştirak etməyə başladım. Respublika olimpiadasında gümüş medal qazandım. Portuqaliyada 69-cu Beynəlxalq Fizika Olimpiadasında, eləcə də Moskva Olimpiadasında iştirak etmişəm.

Bu olimpiada üçün il boyu hazırlaşır,  xarici və yerli  müəllimlərin dərslərində iştirak edirdik. Respublika  turnirində qızıl medal qazandıqdan sonra sırf beynəlxalq olimpiada hazırlığına başladıq. Bunun üçün Təhsil Nazirliyi tərəfindən 10 günlük Moskvaya göndərildik.

İndiyə qədər  3 beynəlxalq, 2 ölkə olimpiadasında iştirak etmişəm. Bir qızıl, bir gümüş, bir bürünc olmaqla, 3 medala sahibəm”.

Merac Məmmədov olimpiadalara çox vaxt ayırıb, uğur qazansa da, dərslərini də axsatmayıb. Heç bir xüsusi hazırlıq olmadan buraxılış imtahanında yüksək nəticə göstərib:

“Buraxılışda təxminən, 280 bal topladım. Düzü xüsusi hazırlığım da yox idi. Qəbul imtahanında iştirak etmədim. Açığı, buna ehtiyac da duymadım.  SİT İLTS və olimpiada nəticələrimə uyğun Koreyanın bir neçə universitetinə, Sinqapura sənəd göndərdim. Bunlar alınmasaydı, Türkiyəyə də müraciət edəcəkdim. Mühəndislik və ya fizika üzrə təhsilimi davam etdirmək istəyirəm. Ümumi sıralamaya baxdıqda isə xarici təhsilin daha uyğun olduğunu görərik.

Sonda seçimin Koreyanın Elm və Texnologiyalar universitetindən yana oldu. Artıq avqust ayında Koreyaya yollanacağam”.

 

Rəna NƏBİ

Rus ordusu Razlivi ələ keçirdi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox