Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 11:00:00
Hazırda həkim işləyənlər rezidenturaya ərizə verə bilərlər?- Çox verilən sual  

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir.

Seçimlər bu gün 23:59-da yekunlaşacaq.

AzEdu.az seçimlər zamanı namizədləri maraqlandıran sualların cavablarını təqdim edir.

Sual:

-Hazırda həkim işləyənlər rezidenturaya ərizə verə bilərlərmi? Bu zaman tutduqları vəzifədən azad olummaları mütləqdir?

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, müxtəlif xəstəxana və ya tibb müəssisələrində çalışan həkimlər rezidenturaya qəbul üçün ərizə verə bilər. Ərizə vermək və imtahanlarda iştirak etmək üçün vəzifədən azad olunmaq tələb edilmir. Amma həmin şəxs rezidenturaya qəbul olduqdan sonra, tədris başlayana qədər tutduğu vəzifədən azad olunmalıdır.

Qeyd edək ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakültəsini bitirənlər istisna olmaqla) 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində çalışmalıdırlar.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları