Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 10:30:00
Abituriyentlərin nəzərinə! – Apellyasiya Komissiyası bu tarixlərdə fəaliyyət göstərəcək  

7 iyulda II və III ixtisas qrupları ilə üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, imtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) 22, 23 və 24 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 20, 21, 22 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) və ya onun regional  bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları