Azedu.az

DİM bu fənlərdən imtahan verəcək şəxslərə müraciət etdi

17 İyul 2019, 16:35
DİM bu fənlərdən imtahan verəcək şəxslərə müraciət etdi

“Musiqi sənəti” istiqaməti üzrə tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən 33,34 və 39-cu komissiyaların ikinci, 38-ci komissiyanın birinci imtahanı olan “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən qəbul imtahanı bu il test üsulu ilə keçiriləcək. 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu imtahanın Bakı şəhəri üzrə 47 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.

İyulun 23-də “Musiqi nəzəriyyəsi və solfecio” fənnindən keçiriləcək test imtahanının vaxtı saat 10:00-dan 12:00-a keçirilib.

 
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox