Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 10:14:43
Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu  

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AzEdu.az-a  verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A. Laçınov RPŞ-yə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı 20 bağlama döşəmə taxtası aşkar edilərək aidiyyati üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır