Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 09:31:00
Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Şabran şəhərində keçiriləcək qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Vətəndaşların qəbulu  iyulun 19-da  saat 11:00-da Şabran şəhər Heydər  Əliyev  Mərkəzində (H.Əliyev pros., 60a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri (əlaqə telelefonu: 023 325 01 21) xahiş olunur. 

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran rayon təhsil şöbəsinə də müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.