Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 14:57:00
“Coğrafiya fənni III qrupa və buraxılış imtahanlarına salınsın” – Nigaran müəllimlərdən təklif  

Dünən Respublikanın müxtəlif bölgələrində çalışan coğrafiya müəllimlərinin görüşü baş tutub. Görüşdə müxtəlif bölgələrdə çalışan müəllimlər Şamxal Həşimov, Məhəmmədəli Rəsulov, Elvin Soltanov, Fərəc Cəfərov,  Xəzər Nuri və Amid Məmmədov  iştirak ediblər.

Təhsil Nazirliyinin eksperti, 11-ci sinif coğrafiya dərsliyinin müəllifi, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Nərminə Seyfullayeva da iştirakçılar arasında olub.

47 müəllimin iştirakı ilə baş tutan görüşdə Coğrafiya elminin problemləri müzakirə olunub. Son dövrlər bu fənnin nüfuzunun getdikcə azalması və problemdən çıxış yolları qeyd olunub.

Görüşün təşkilatçılarından biri Lənkəran rayonun Liman şəhər 1 saylı orta məktəbin coğrafiya müəllimi Amid Məmmədov AzEdu.az-a bildirib ki, burada əsas məqsəd respublikanın müxtəlif bölgələrindən olan müəllimlərin irad və təklifləri ilə tanış olmaqdır:

“Görüşdə coğrafiya elminin nüfuzunun azalması, buna səbəb kimi isə II qrup fənlərinin ağırlaşdırılması, uşaqların bu qrupdan üz döndərməsi göstərildi.

Buraxılış fənlərinə coğrafıyanın əlavə edilməsi təklif olundu. Bu, şagirdlərin fənnə marağını artırar.

III fənn blokuna da Coğrafiya fənninin salınması təklif edildi. Çünki burada birbaşa Coğrafiayaya uyğun ixtisaslar var”.

Buraxılış imtahanlarına Coğrafiyanın artırılmasının şagirdlərin dərs yükünə təsirnə gəlincə isə Amid müəllim bildirib ki, belə olan halda şagirdlər IX sinfə qədər bu fənni öyrənəcəklər. Onun IX sinif buraxılış imtahanlarına salınması təklif edilib:

“Şagirdin IX sinfə qədər Coğrafiyaya marağı yaranacaq. X, XI siniflərdə isə artıq ixitisasa uyğun təmayülləşəcəklər.

Hazırda məktəblərdə bu fənnə qarşı biganəlik var. Coğrafiya müəlliminin biliyi II qrup abituriyentlərindən başqa kimsəyə lazım deyil. Bu səbəbdən də coğrafiya fənninə qayğı və diqqət artırılmalı, coğrafiya elminin cəmiyyətdə nüfuzu yüksəldilməlidir”.

Görüşün sonunda bildirilib ki, müəllimlər təkliflərini yuxarı dairələrə də çatdıracaqlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları