XƏBƏRLƏR

25.06.2019 16:31
“Rezidentura” -3 namizədlərin bütün suallarına cavab verəcək – Toxunulan problemlər  

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Jurnalda bu il imtahan verən bakalavrların müsabiqənin I mərhələsində topladıqları ballar da qeyd olunub. Minimal şərtləri ödəyən 459 namizəd müsabiqənin II mərhələsində iştirak hüququ qazanıb. Onlardan 255-I əvvəlki illərin məzunlarıdır.

Jurnalda qeyd edilən məlumatlara əsasən, müalicə işi və profilaktika üzrə 386, Stomatologiya üzrə 24, tibbi profilaktika üzrə isə 49 nəfər 40-dan çox bal toplayaraq minimal tələblərə cavab vermiş və II mərhələdə iştirak hüququ qazanıblar. Jurnalda namizədlər barədə qeyd olunan statistic məlumatlar ixtisas seçimində onlara kömək edəcək.

Qeyd edək ki, rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

Rezidenturaya qəbul müsabiqəsinin II mərhələsi iyulun 14-ü, bu mərhələ ilə bağlı sınaq imtahanı isə iyunun 29-da keçiriləcək. sınaq imtahanında iştirak üçün 220 yer nəzərdə tutulub.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu