Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 14:17:00
ABŞ universitetinin azərbaycanlı alimi: “Bu ali məktəblərə qəbul olmaq asandır”

"ABŞ universitetlərinə qəbul olmaq nisbətən asan, tam təqaüd almaq isə olduqca çətindir".

Bu sözləri AzEdu.az-a ABŞ-ın Şimali Karolina Universitetinin konfliktologiya departamentində tenure almış dosent vəzifəsində çalışan Əli Əskərov deyib.

"Amerikada hər bir universitetin qəbul komitəsi var. Əcnəbi tələbələrin universitetlərə daxil olma qaydaları, tələb olunan testlərin standartları qəbul komitələrində müəyyən olunur. Onu da bildirim ki, hər bir universitetin saytında  qəbul proseduru haqda məlumat almaq mümkündür.

 ABŞ universitetlərinə qəbul olmaq nisbətən asan, tam təqaüd almaq isə olduqca çətindir".

Əli Əskərov bildirib ki, xarici universitetlərə attestatla-imtahansız qəbul olub, bir çox nailiyyətlər də əldə etmək olar:

"Xarici universitetlərə birbaşa attestatla-imtahansız qəbul aparılması normaldır. Onu da bildirim ki, bu əsasən orta məktəb təhsilinin keyfiyyətindən asılıdır. Xarici universitetlərə attestatla-imtahansız qəbul aparılması təhsil sistemi və milli mentalitetlə bağlı olan məsələdir.

Azərbaycanda DİM imtahanından keçə bilməyənlər  xarici universitetlərə yalnız attestatla-imtahansız qəbul olub, daha uğurlu ola bilərlər.  Onu  da bildirim ki,  tələbənin uğurlu şəxsiyyət kimi formalaşmasında həm sistem həm də fərdi məziyyətlər rol oynaya bilər".

Günel Yaşarqızı
Müəllifin digər yazıları