Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-07 17:39:00
Dövlət qulluğuna hazırlaşmaq istəyənlər üçün yeni toplu nəşr olundu

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərə kömək məqsədilə “500 test tapşırığı” adlı toplu nəşr edib.

DİM-dən AzEdu.az-a bildirilib ki, bu topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri (Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması) üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib. Toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə beş variantda tərtib edilib və hər variant 100 test tapşırığından ibarətdir. Müvafiq vəzifə qruplarına aid proqramlar əsasında tərtib olunmuş tapşırıqlardan ibarət hər bir variant test imtahanının məzmunu (test tapşırıqlarının sayı, tipi və forması, mürəkkəblik dərəcəsinə görə paylanması) nəzərə alınmaqla hazırlanıb. Topluda hər bir vəzifə qrupuna uyğun hazırlanmış varianta daxil edilən test tapşırığı nümunələrinin düzgün cavabları da verilib.

Kitabı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.