Azedu.az

DİM-dən abituriyentlərə VACİB XƏBƏR - Plan yerləri bu tarixdə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi

31 İyul 2026, 15:50
DİM-dən abituriyentlərə VACİB XƏBƏR - Plan yerləri bu tarixdə açıqlanacaq

Ali təhsil müəssisələri üzrə plan yerləri ilə bağlı məlumatlar gələn həftə elan olunacaq.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri qeyd edib ki, plan yerləri ilə bağlı son dəyişikliklər hazırda sistemə daxil edilir:

"Yekun məlumatlar gələn həftənin sonunda nəşr olunacaq növbəti "Abituriyent" jurnalında dərc ediləcək".

Ukraynadan dağıdıcı HÜCUM - Rusiyanın gəmiləri vuruldu
Son xəbərlərDaha çox