Azedu.az

Qərbdə təhsil böhranı dərinləşir

Maraqlı

5 Avqust 2026, 13:59
Qərbdə təhsil böhranı dərinləşir

ABŞ və bir sıra Qərb ölkələrində müəllimlər həddindən artıq iş yükü, siniflərin həddindən artıq dolu olması və şagird davranışı ilə bağlı çətinliklərə qarşı iş şəraitinin yaxşılaşdırılması tələbi ilə fəallıqlarını artırıblar.

AzEdu.az xarici mediyaya istinadən xəbər verir ki, pedaqoqlar üzləşdikləri ağır bürokratik təzyiqlər, uzun iş saatları və aşağı əməkhaqları fonunda etiraz aksiyaları və tətillər təşkil edərək hökumətdən təhsil sistemində təcili islahatlar həyata keçirilməsini tələb edirlər.

Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, müəllimlərin əksəriyyəti standart həftəlik iş saatlarından qat-qat artıq çalışır, lakin əlavə saatların böyük hissəsi ödənilməz qalır. Eyni zamanda, siniflərdə şagird sayının normadan artıq olması hər bir uşağa fərdi yanaşmağa imkan vermir, intizam problemləri və məktəb rəhbərliklərindən kifayət qədər dəstək görülməməsi isə pedaqoqları tükənmə sindromu ilə üz-üzə qoyur. Həmkarlar ittifaqları bildirirlər ki, mövcud şərtlər dəyişməzsə, kadr böhranı daha da dərinləşəcək və bu, bütövlükdə təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək.

SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı
Son xəbərlərDaha çox