Dövlət dəstəyi almaq istəyən özəl bağçalar arasında seçim aparılarkən təklif edilən təhsil haqqı əsas meyarlardan biri olacaq.
AzEdu.az xəbər verir ki, bu, "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu"nda öz əksini tapıb.
Sənədə əsasən, layihələrin qiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılacaq. Bunun 50 balı təhsil haqqının səmərəliliyi meyarına ayrılıb.
Qeyd olunub ki, təklif olunan aylıq təhsil haqqı dövlət dəstəyinin maksimal həddindən aşağı olduqda həmin meyar üzrə maksimal bal veriləcək.