Azedu.az

BMU məzunu Böyük Britaniyanın nüfuzlu universitetlərinə qəbul qazandı

Ali təhsil

5 Avqust 2026, 10:44
BMU məzunu Böyük Britaniyanın nüfuzlu universitetlərinə qəbul qazandı

Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya təhlükəsizliyi” ixtisasının məzunu İsmayıl Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.

AzEdu.az xəbər verir ki, İsmayıl Əliyev 2022-ci ildə 562 balla BMU-ya qəbul olub. O, bu il bakalavr təhsilini 96,8 ümumi orta müvəffəqiyyət göstəricisi ilə uğurla başa vurub.

BMU məzunu Böyük Britaniyanın Vorvik, Birminhem və Bristol universitetlərindən, eləcə də Latviyanın Riqa Texniki Universiteti və Litvanın Kaunas Texnologiya Universitetindən qəbul alıb.

Vorvik Universitetinə üstünlük verən İsmayıl Əliyev magistr təhsilini “Kibertəhlükəsizlik mühəndisliyi” ixtisası üzrə Dövlət Proqramı çərçivəsində alacaq.

Qeyd edək ki, İsmayıl Əliyevin əldə etdiyi bu uğur həm onun yüksək akademik göstəricilərinin, həm də BMU-da qazandığı bilik və bacarıqların beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

BMU rəhbərliyi İsmayıl Əliyevi bu nailiyyəti münasibətilə təbrik edir, ona magistr təhsili dövründə və gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır!

SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı
Son xəbərlərDaha çox