XƏBƏRLƏR

17.05.2019 13:31
Dövlət bağçaları və orta məktəblərə lisenziya verilməsinə görə rüsum ləğv edildi 

Dövlət məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə rüsum alınmayacaq.

AzEdu.az  xəbər verir ki,  bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10000 manat dövlət rüsumu ödəməlidir.

Qanun layihəsinə dəyişiklik birinci oxunuşda qəbul edilib.

İlin gənc müəllimi-Müraciət formu