XƏBƏRLƏR

01.04.2019 10:35
Rezident bir klinik bazadan digərinə köçürülə bilərmi? - CAVAB

Azərbaycan Tibb Universiteti məzunları həkim mütəxəssis kimi formalaşmaq, ixtisas sahibi olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar. Rezidentura müddəti ixtisasdan asılı olaraq, 2-5 il arası dəyişir.

Rezidentura təhsili müxtəlif klinik bazalarda həyata keçirilir. Klinik baza hər il rezidentlə əmək müqaviləsi bağlayır. Həkim mütəxəssis hazırlıq keçdiyi klini bazanın proqram və şərtlərinə əməl etməyə borcludur.

AzEdu.az bildirir ki, gənc həkim-mütəxəssislərin ən çox verdiyi sual isə rotasiya, yəni qəbul olunduğu klini bazadan digərinə köçürülməklə bağlıdır.

Sual:

Rezident bir klinik bazadan digərinə köçürülə bilərmi?

Cavab:

Xeyr. Qanunvericilikdə rezidentlərin bir klinik bazadan digərinə köçürülməsi ilə bağlı hal nəzərdə tutulmayıb.

Xüsusilə də paytaxtdan başqa şəhər və rayonlarda rotasiya keçmək mümkünsüzdür.

Çünki rezidentura təhsili klinik bazaya malik ali tibb təhsili və elmi müəssisələrində və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rezidentlərin hazırlanması üçün klinik baza təyin etdiyi tibb müəssisələrində təşkil edilir. Səhiyyə Nazirliyi Bakıdan başqa hər hansı şəhər və rayonlarda klinik baza müəyyən etməyib.

Qeyd edək ki, rezidentura təhsil proqramları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bu təhsil proqramları əsasında tədris planları hazırlanır. Rezidentin iş rejimi qəbul olunduğu kliniki bazadan asılı olaraq dəyişir. Amma qanunvericilikdə də bununla bağlı maksimal tələblər göstərilib.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu