XƏBƏRLƏR

05.04.2018 17:02
Müəllimlər üçün online kalkulyator xidməti yenilənib

Dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün online kalkulyator xidmətində müvafiq düzəlişlər edilib.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, müəllimlər bu qurumun internet saytının “Aktual keçidlər” bölməsindən “Online kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablaya bilərlər. Bunun üçün onlar “Online kalkulyator” keçidində müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidirlər. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesabla” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsilə əldə edə biləcəklər. 

Kalkulyator xidmətinin yenilənməsinin məqsədi müraciət və şikayətlərin sayının azaldılması, şəffaflığın artırılması və xidmət məmnunluğunun yüksəldilməsidir.

Qeyd edək ki, bu xidmət 2016-cı ilin dekabr ayından müəllimlərin istifadəsinə verilib.

İlin gənc müəllimi-Müraciət formu