XƏBƏRLƏR

05.04.2018 05:42
Zukerberq məlumatların oğurlanmasına görə ifadə verəcək

“Cambridge Analytica” qalmaqalı ilə bağlı növbəti açıqlama verilib.

Azedu.az xəbər verir ki, Feysbuk şirkətinin Yüksək Texnologiya rəhbəri Mayk Şroepfer “Cambridge Analytica” şirkətinin ABŞ və İngiltərədə seçkilərin gedişatına təsir etmək üçün 50 milyon deyil, 87 milyon istiofadəçinin məlumatlarını ələ keçirdiyini açıqlayıb.

M.Şroepfer hazırda təhlükəsizliyin gücləndirilməsi istiqamətində çalışmaların davam etdiyini və görülən işlər barədə istifadəçilərə məlumat veriləcəyini deyib.

Qeyd edək ki, məsələ ilə bağlı Feysbuk şirkətinin rəhbəri Mark Zukerberqin gələn həftə ABŞ Senat Məhkəməsində ifadə verəcəyi bildirilir.

İlin gənc müəllimi-Müraciət formu