XƏBƏRLƏR

07.02.2019 15:31
Magistratura imtahanında iştirak üçün ərizəsini təsdiq edənlərin sayı  - RƏSMİ

Magistratura imtahanında iştirak etmək üçün ümumilikdə 5636  nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 5108  nəfərdir. Bu say rus bölməsi üzrə 528 nəfər təşkil edir.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu fevralın 11-dək davam edəcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları