Azedu.az

Buraxılış imtahanlarında 2 mindən çox məzun iştirak ETMƏYİB

Şagirdlər

27 İyul 2026, 09:08
Buraxılış imtahanlarında 2 mindən çox məzun iştirak ETMƏYİB

2025-ci ildə keçirilən buraxılış imtahanlarında ümumilikdə 268 min 8 cari il məzunu iştirak edib.

AzEdu.az xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında yer alan elmi-statistik materiallarda məlumat verilib.

İmtahan iştirakçılarından 156 min 231 nəfəri 9-cu sinif, 111 min 777 nəfəri isə 11-ci sinif şagirdi olub. Hər iki qrup üzrə 3 nəfər yalnız Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edib.

Məlumatlara əsasən, 2025-ci ildə respublika üzrə 9-cu sinif şagirdlərinin ümumi sayı 157 min 789, 11-ci sinif şagirdlərinin sayı isə 112 min 252 nəfər təşkil edib.

Statistik göstəricilər göstərir ki, müxtəlif səbəblərdən 2 min 33 məzun buraxılış imtahanlarında iştirak etməyib. Onlardan 1558 nəfəri 9-cu sinif, 475 nəfəri isə 11-ci sinif şagirdi olub.

Putindən sərt qərar - Siyahıda azərbaycanlılar da var
Son xəbərlərDaha çox