Azedu.az

Bu universitetdə məzmun istehsalçılığı ixtisası açılır

Ali təhsil

25 İyul 2026, 15:59
Bu universitetdə məzmun istehsalçılığı ixtisası açılır

ABŞ-nin Arizona Dövlət Universiteti (Arizona State University - ASU) 2026-2027-ci tədris ilindən etibarən Content Creation (Məzmun İstehsalı) üzrə bakalavr proqramı açacağını elan edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni proqram universitetin Walter Cronkite Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbi nəzdində fəaliyyət göstərəcək və sürətlə böyüyən rəqəmsal məzmun sənayesinə peşəkar kadrlar hazırlamağı hədəfləyir.

Universitetin məlumatına görə, proqram çərçivəsində tələbələr sosial media strategiyası, video və podkast istehsalı, şəxsi brendin qurulması, auditoriya analitikası, rəqəmsal marketinq və multimedia hekayəçiliyi kimi sahələr üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər. Tədris prosesinə real brendlərlə layihələr, media təcrübələri və kontent istehsalı üzrə praktiki fəaliyyətlər də daxil ediləcək.

Proqramın yekununda tələbələr seçdikləri sosial media platformasında məzmun hazırlayaraq auditoriya formalaşdırmalı və inkişaf strategiyasını praktik şəkildə nümayiş etdirməlidirlər. Universitet rəhbərliyi bildirir ki, məzunlar məzmun strategiyası, sosial media idarəçiliyi, rəqəmsal marketinq, şəxsi brend inkişafı və influencer fəaliyyəti kimi istiqamətlərdə karyera qurmaq üçün zəruri bacarıqlara yiyələnəcəklər.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox