Azedu.az

Bu kəşf astronomiyanı dəyişə bilər: Yeni növ göy cismi tapıldı

Maraqlı

25 İyul 2026, 16:42
Bu kəşf astronomiyanı dəyişə bilər: Yeni növ göy cismi tapıldı

Astronomlar Günəş Sistemindən kənarda indiyədək görünməmiş xüsusiyyətlərə malik qeyri-adi göy cismini aşkar ediblər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, CD-35 2722 sistemində müəyyən edilən obyekt nə bir ulduzun, nə də bir planetin ətrafında birbaşa dövr edir.

Alimlər hesab edirlər ki, bu kəşf Günəş Sistemindən kənardakı göy cisimlərinin təsnifatı ilə bağlı mövcud anlayışları dəyişə bilər.

Məlumata görə, sözügedən obyekt bir qəhvəyi cırtdanın orbitində hərəkət edir. Qəhvəyi cırtdanlar ulduz olmaq üçün kifayət qədər böyük, planet olmaq üçün isə kifayət qədər kiçik olmayan göy cisimləri hesab olunur.

Araşdırmanın müəlliflərindən Kevin Hoy bildirib ki, obyekt planet hesab ediləcək qədər böyük olsa da, birbaşa ulduzun ətrafında deyil, ulduzun ətrafında fırlanan başqa bir cismin orbitində dövr edir.

"Bu səbəbdən onu peyk adlandırmaq istəyirik. Lakin o, Günəş Sistemindəki qayalı peyklərin heç birinə bənzəmir", - deyə alim qeyd edib.

Tədqiqatda iştirak edən astrofizik Alice Zurlo isə bildirib ki, Günəş Sistemində planet, ulduz və peyk anlayışları arasında sərhədlər aydın olsa da, bu sistem həmin anlayışların yenidən nəzərdən keçirilməsini zəruri edir.

Qeyd edək ki, astronomlar bu günədək Günəş Sistemindən kənarda 6 mindən çox ekzoplanet aşkar etsələr də, indiyədək mövcudluğu qəti təsdiqlənmiş heç bir ekzouydu qeydə alınmayıb. Əgər CD-35 2722 sistemindəki bu kəşf təsdiqlənərsə, o, tarixdə Günəş Sistemindən kənarda aşkarlanan ilk ekzouydu kimi qeydə alınacaq.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox