Azedu.az

DİM musiqi sənəti üzrə nəzəriyyə imtahanları təşkil edir

Dövlət İmtahan Mərkəzi

26 İyul 2026, 17:05
DİM musiqi sənəti üzrə nəzəriyyə imtahanları təşkil edir

İyulun 26-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron formada təşkil olunur.

İmtahanın birinci növbəsi üzrə (21, 25, 26, 28, 32, 33 və 36-cı komissiyalar) test imtahanları saat 10:00-da başlayıb və 1 saat davam edib. İkinci növbə üzrə imtahanların (20, 24, 27, 29, 30, 69, 73 və 75-ci komissiyalar) saat 14:00-da başlanması nəzərdə tutulur.

Qeyd edilib ki, imtahanlar kompüter vasitəsilə keçirilir. Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələri ilə tanış olmaq imkanı əldə edirlər. Nəticələr daha sonra DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcək.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyulun 27-si və 28-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək. Komissiyaya müraciətlər Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında qəbul olunacaq.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox