Azedu.az

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva fəxri professor adına layiq görülüb

Universitetlər

11 Aprel 2025, 13:21
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva fəxri professor adına layiq görülüb

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülüb.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, rektora bu barədə universitetin fəxri diplomu təqdim olunub. Mamun Universitetinin Elmi Şurasının müvafiq qərarı Səadət Əliyevanın universitetdə tədris prosesinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, peşəkar heyətin hazırlanması istiqamətində səyləri və təhsil sisteminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, həmçinin onun elm və təhsil sahəsində əldə etdiyi uğurlara əsasən qəbul edilib.

Qərarı Mamun Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sardarbek Sharifzoda imzalayıb.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox