Azedu.az

Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI

Universitetlər

Layihələrimiz

18 Mart 2025, 09:15
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI

AzEdu.az Təhsil Portalı hər il ən aktiv və nümunəvi tələbələri müəyyənləşdirərək onların bacarıqlarını tanıtmaq, tələbələr arasında sağlam rəqabət mühiti yaratmaq və onları gələcək tələbələrə çatdırmaq məqsədilə son 3 ildir “Brend tələbə” layihəsini həyata keçirir.

 

Bu çərçivədə 2024-2025-ci tədris ili üzrə “Brend tələbə”lərin siyahısı tərtib olunub.

 

Qeyd edək ki, “Brend tələbə”lər hər il ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Bu il 29 universitet layihədə iştirak edib.

 

Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin və tələbə kəsiminin xüsusi simpatiyasını qazanan, eləcə də müəyyən edilmiş meyarlara cavab verən 10 tələbə “Brend tələbə” adına layiq görülür.

 

MEYARLAR:

 

1. Milli məsələlər, dövlətçilik, Azərbaycançılıq  və Vətəndaşlıq  mövqeyinin prinsipial şəkildə qorunması, beynəlxalq arenada dövlətini bu göstəricilər əsasında təmsil etməsi;

2. Universitetə gətirdiyi yenilik, yeni çağırışlarla bağlı yanaşmaları;

3. Universitetin nüfuzunu yüksəldəcək ideyalarla çıxış etməsi;

4. Nəzəriyyə ilə paralel praktiki səviyyədə inkişaf, ixtisası üzrə istehsalat göstəriciləri;

5. Analitik qabiliyyəti, sosial aktivlik;

6. Xarici dil bilgisi, musiqi, idman bacarığı, dərsdənkənar aktiv məşğuliyyət və hobbilər;

7. Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;

8. Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;

9. Sosial mediada məqsədli və faydalı aktivlik dərəcəsi;

10. Mediaya açıq olması, müsahibə, reportaj, açıqlama vermə qabiliyyəti.

 

Universitetlər üzrə “Brend tələbə”lərin siyahısı ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

 

Bakı Dövlət Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Tibb Universiteti

Bakı Ali Neft Məktəbi

Dövlət İdarəçilik Akademiyası

Dövlət Gömrük Komitəsinin Akademiyası

Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Texniki Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bakı Slavyan Universiteti

Bakı Mühəndislik Universiteti

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Qarabağ Universiteti

Xəzər Universiteti 

Azərbaycan İlahiyyat İnstitutu

Azərbaycan Universiteti

Sumqayıt Dövlət Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Azərbaycan İdman Akademiyası

Azərbaycan Turizm və Menecment Universiteti

Bakı Avrasiya Universiteti

Azərbaycan Texnologiya Universiteti

Bakı Biznes Universiteti

Odlar Yurdu Universiteti

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox