Azedu.az

Rektor: Dəyərlərin formalaşması təhsildən çox, mədəniyyətin missiyasıdır

Universitetlər

14 Mart 2025, 12:12
Rektor: Dəyərlərin formalaşması təhsildən çox, mədəniyyətin missiyasıdır

UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında ali təhsil müəssisələrinin əsas missiyası ilə bağlı fikirlərini paylaşıb:

AzEdu.az xəbər verir ki, ali təhsil müəssisələrində (ATM) tələbələrə müasir biliklər vermək və zəruri bacarıqları aşılamaq nə qədər vacib olsa da, yetərli deyil. ATM-lərin əsas missiyası ictimai vahid kimi ictimai şüur və ictimai mədəniyyəti formalaşdırmaq, şəxsiyyətin yetişməsinə yardım etməkdir. Bu isə təhsildə dəyərlərin önə çəkilməsini tələb edir. Dəyərlərin formalaşması isə təhsildən çox, mədəniyyətin missiyasıdır! Ona görə də bilik və bacarıqlara fokuslanan mövcud təhsil prosesinə köklü dəyişiklik edərək, mədəniyyəti inteqrasiya etmək ali təhsildə zəruri dəyişikliklərin əsas trayektoriyası kimi qəbul edilə bilər.

Mövcud təhsil prosesinə mədəniyyətin inteqrasiyası ali təhsildə zəruri dəyişikliklərin əsas trayektoriyası kimi qəbul edilə bilər.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox